ABŞ üçün təhlükə siqnalı: Güclü istilər, daşqın və tüstü

ABŞ üçün təhlükə siqnalı: Güclü istilər, daşqın və tüstü
17.07.2026 09:00 Dünya

ABŞ Milli Meteorologiya Xidməti ölkənin bir sıra bölgələri üçün meşə yanğınlarından yaranan tüstü, güclü yağışlar, daşqın və həddindən artıq istilərlə bağlı xəbərdarlıq yayıb.

TodayPress TV xəbər verir ki, qurumun məlumatına görə, meşə yanğınlarından qaynaqlanan tüstü Böyük Göllər bölgəsi və ABŞ-nin şimal-qərbinin böyük hissəsini əhatə edib.

Hava keyfiyyətinin pisləşməsi səbəbindən bir sıra ərazilərdə xəbərdarlıq qüvvədədir. Oxşar xəbərdarlıqlar Orta Qərbin bəzi bölgələrinə də şamil olunub.

Meteoroloqlar həmçinin Şimal düzənlikləri, Orta Qərb və şimal Orta Atlantik ştatlarında anomal istilər və yüksək rütubətin müşahidə olunduğunu bildiriblər.

Bununla yanaşı, Texas ştatının cənub və mərkəzi hissələrində güclü yağışlar nəticəsində həyati təhlükə yaradan genişmiqyaslı daşqınların ən azı cümə gününə qədər davam edəcəyi proqnozlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər