ABŞ təyyarələrinin havaya qalxdığı istənilən ərazi... - İran XƏBƏRDARLIQ ETDİ

ABŞ təyyarələrinin havaya qalxdığı istənilən ərazi... - İran XƏBƏRDARLIQ ETDİ
12.11.2026 21:23 Dünya

Tehran ərazisində Amerika hərbi bazalarının yerləşdiyi ölkələri bu bazalardan İrana qarşı hərbi əməliyyatlar üçün istifadənin yolverilməzliyi barədə xəbərdar edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bəyan edib.

Məlumata görə, o, həmin dövlətləri bu cür əməliyyatlarda Vaşinqtona dəstək verməməyə çağırıb və vurğulayıb ki, Tehran mümkün nəticələr barədə əvvəlcədən xəbərdarlıq edir ki, sonradan gərginliyin daha da artması halında digər ölkələrin bəhanəsi olmasın.

“Amerika təyyarələrinin havaya qalxdığı istənilən ərazi bizim üçün təhdid hesab olunacaq”.

O vurğulayıb ki, İran bu mövqeyini beynəlxalq hüquq və BMT Nizamnaməsində nəzərdə tutulan təbii hüququ hesab edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər