ABŞ Suriyanı terrorizmin sponsorları siyahısından çıxaracaq

ABŞ Suriyanı terrorizmin sponsorları siyahısından çıxaracaq
29.05.2025 17:05 Dünya

ABŞ prezidenti Donald Tramp Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib.

Barakın sözlərinə görə, ABŞ administrasiyasının əsas məqsədi Dəməşqdəki hökumətə “səlahiyyət vermək” və regional münasibətləri normallaşdırmaqdır. 

O, Suriya-İsrail münasibətlərini “həll edilə bilən problem” adlandırıb və iki ölkə arasında normallaşmanın birbaşa dialoq yolu ilə mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətində olduğunu da açıqlayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər