ABŞ silahların hazırlanmasına 1 milyard dollar ödəyəcək

ABŞ silahların hazırlanmasına 1 milyard dollar ödəyəcək
31.05.2025 13:45 Dünya

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Global Strike" adlı silah sisteminin hazırlanması üçün "Lockheed Martin Space" şirkətinə 1 milyard dollardan çox vəsait ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb.

Şirkət bu vəsaitlə layihənin idarə olunması, mühəndislik, sistem inteqrasiyası, raketlərin istehsalı üçün avadanlıq və materialların alınması işlərini həyata keçirəcək.

İşlər Kolorado, Alabama, Kaliforniya, Florida və digər ştatlarda aparılacaq. Müqavilənin 2028-ci ilin avqustuna qədər tamamlanması planlaşdırılır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər