ABŞ-nin Ukraynaya hərbi yardımı bitir

ABŞ-nin Ukraynaya hərbi yardımı bitir
28.05.2025 13:00 Dünya

ABŞ-nin əvvəlki prezidenti Cozef Bayden dövründə təsdiqlənmiş hərbi yardım paketləri yaxın aylarda başa çatacaq. Hazırkı prezident Donald Tramp isə bu dəstəyin davam etdiriləcəyi ilə bağlı heç bir vəd verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. 

“Bu yardım yaxın aylarda sona çatacaq və Tramp onun davam etdirilməsi və ya bərpası ilə bağlı heç bir siqnal verməyib. Bu isə Kiyevi strateji baxımdan qeyri-müəyyən vəziyyətdə qoyur”, - nəşr yazıb.

Qeyd olunub ki, may ayının sonuna qədər Ukrayna hələ də Bayden administrasiyası dövründə təsdiqlənmiş son yardım tranşlarını almağa davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər