ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı - TƏCİLİ
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı yeni zərbə dalğasının başladığını açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, ABŞ qüvvələri İranın hərbi imkanlarına qarşı əməliyyatların ikinci mərhələsinə başlayıb.
CENTCOM-un məlumatına görə, zərbələrin hədəfi Hörmüz boğazından sərbəst keçən gəmiləri təhdid etmək üçün istifadə edilən İranın hərbi imkanları olub.
Açıqlamada qeyd edilib ki, ABŞ ordusu prezidentin göstərişi ilə İranı məsuliyyətə cəlb edir.