ABŞ gecə ilə diplomatını Britaniyadan qaçırdı

ABŞ gecə ilə diplomatını Britaniyadan qaçırdı
13.09.2026 19:32 Dünya

ABŞ Britaniyada çalışan diplomatını uşaq zorakılığı görüntülərini saxladığından şübhələnərək ölkədən gizli şəkildə çıxarıb.

TodayPress TV xəbər verir ki, “The Sun” qəzetinin yazdığına görə, adı açıqlanmayan diplomatın Londondakı mənzilinə avqustun 25-də ABŞ əməkdaşları daxil olub. Daha sonra diplomat “Fairford” aviabazasına aparılıb və oradan təyyarə ilə ABŞ-yə çıxarılıb.

Məlumata görə, saxlanılma diplomatın qardaşı ilə bağlı aparılan araşdırma çərçivəsində baş verib. İstintaqın versiyasına əsasən, qardaşı ona uşaqlara qarşı zorakılığı əks etdirən qanunsuz görüntülər göndərib.

Qəzet hadisənin ABŞ və Böyük Britaniya arasındakı münasibətlərə ciddi zərbə vurduğunu qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər