ABŞ-də sel can almağa davam edir

ABŞ-də sel can almağa davam edir
10.07.2025 12:12 Dünya

Texasdan sonra ABŞ-nin Nyu-Meksiko ştatını da daşqınlar vurub. 

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, daşqın nəticəsində 3 nəfər ölüb.

Güclü yağış çayın suyunun sürətlə artmasına səbəb olub. Əraziyə axtarış-xilasetmə qrupları göndərilib.

ABŞ-nin Texas ştatında baş verən daşqın nəticəsində ölənlərin sayı isə 120 nəfərə çatıb.160-dan çox şəxsdən xəbər yoxdur.

Nicat Osman

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər