ABŞ bazaları olan ölkələrə təcili XƏBƏRDARLIQ
İran Xarici İşlər Nazirliyi ərazisində ABŞ hərbi bazaları yerləşən Yaxın Şərq ölkələrinə müraciət edib.
TodayPress TV xəbər verir ki, rəsmi Tehran həmin dövlətlərdən ABŞ-nin bu hərbi obyektlərdən İslam Respublikasına qarşı zərbələr endirmək üçün istifadə etməsinə imkan verməməyi tələb edib.
İran XİN bildirib ki, region ölkələri öz ərazilərinin İrana qarşı hərbi əməliyyatlar üçün platformaya çevrilməsinə yol verməməlidirlər. Bu məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Kübra Musayeva