7 minlik BMT qüvvəsi Livanı tərk edə bilər

7 minlik BMT qüvvəsi Livanı tərk edə bilər
13.09.2026 17:47 Dünya

BMT-nin Livanın cənubunda fəaliyyət göstərən sülhməramlı missiyasının (UNIFIL) 2026-cı ildən sonra fəaliyyətini davam etdirib-etdirməyəcəyi sual altındadır.

TodayPress TV-nin məlumatına görə, “Financial Times” yazır ki, Fransa və Livan missiyanın müddətinin uzadılmasını dəstəkləyir. Onlar UNIFIL-in bölgədən sürətlə çıxarılmasının təhlükəsizlik sahəsində boşluq yarada biləcəyindən ehtiyat edirlər.

İsrail isə missiyanın uzadılmasına qarşı çıxır. İsrail tərəfi hesab edir ki, UNIFIL “Hizbullah”ın hərbi potensialını artırmasının qarşısını ala bilməyib.

Hazırda UNIFIL-in tərkibində 7 mindən çox hərbçi və əməkdaş fəaliyyət göstərir. Missiyanın əvəzlənməsi ilə bağlı alternativ mexanizm yaratmaq cəhdlərinin isə nəticəsiz qaldığı bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər