20 ildən sonra ilk dəfə ABŞ-dən Qrenlandiyaya uçuş gerçəkləşdi

20 ildən sonra ilk dəfə ABŞ-dən Qrenlandiyaya uçuş gerçəkləşdi
15.06.2025 19:00 Dünya

Birləşmiş Hava Yollarına məxsus "Boeing 737 Max 8" təyyarəsi Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə  "The Washington Post" məlumat yayıb.

Bildirilib ki, bu, 2008-ci ildən bəri ABŞ-dən Qrenlandiyaya ilk birbaşa uçuş olub.

İyunun 14-də həyata keçirilən bu reys ABŞ prezidenti Donald Trampın 78-ci doğum gününə təsadüf edib.

Qeyd edək ki, sərnişin biletlərinin qiymətləri bir istiqamət üçün təxminən 1200 dollar, geri dönüş üçün isə 1300–1500 dollar arasında dəyişir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər