Zəfər Günü münasibəti ilə 30 mindən çox ağac əkildi

Zəfər Günü münasibəti ilə  30 mindən çox ağac əkildi
08.11.2025 17:04 Cəmiyyət

Zəfər Günü ilə əlaqədar meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib.

TodayPress TV xəbər verir ki,  Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə ölkənin meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri keçirilib. 

Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin üzvlərinin, dövlət qurumlarının və özəl təşkilatların əməkdaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı  ilə Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Lerik, Masallı, Tovuz, Gədəbəy, Goranboy, Sabirabad, Yevlax, Beyləqan, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 30 000-dən artıq müxtəlif cinsli ağac tingi əkilib.

TodayPress TV

FOTOLAR

Zəfər Günü münasibəti ilə  30 mindən çox ağac əkildi — 1
Zəfər Günü münasibəti ilə  30 mindən çox ağac əkildi — 2
Zəfər Günü münasibəti ilə  30 mindən çox ağac əkildi — 3
Zəfər Günü münasibəti ilə  30 mindən çox ağac əkildi — 4
Zəfər Günü münasibəti ilə  30 mindən çox ağac əkildi — 5
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər