Zaur Əliyev nazir müavini oldu

Cəmiyyət

07.04.2026 20:20

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş icraçı direktoru Zaur Əliyevə yüksək vəzifə verilib.

TodayPress TV “Bakıpost.az”a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

TodayPress TV

tag: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin, Zaur Əliyev, Təyinat, Sərəncam,todaypress.tv,