Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ

Cəmiyyət

18.04.2026 18:15

Səhər saatlarından etibarən Bakı şəhərinin və qəsəbələrin 556 küçəsi eləcə də məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Bu barədə TodayPress TV-yə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

TodayPress TV

***

11:56

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) təmizliklə bağlı paytaxtda yaz mövsümü ilə əlaqədar növbəti daxili iməcilik keçirib.

Bu barədə TodayPress TV-yə BŞİH-dən məlumat verilib.

Keçirilən iməcilik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, ara yollar səhər saatlarından yuyucu maddələrlə yuyulub, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.

Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

TodayPress TV

tag: BŞİH,Təmizlik,Şəhər,Sanitar,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo