Virciniyada azərbaycanlılar Zəfər gününü qeyd etdilər

Virciniyada azərbaycanlılar Zəfər gününü qeyd etdilər
09.11.2025 10:01 Cəmiyyət

ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlılar Zəfər Gününü qeyd ediblər.

TodayPress TV xəbər verir ki, icma üzvləri Ferfaks şəhərində azərbaycanlılara məxsus “Baku delicious” restoranında bir araya gəliblər.

Tədbir bayram əhvali-ruhiyyəsində təşkil olunub. Açıq havada qurulan çadırda uşaqlar üçün əyləncəli proqramlar, rəsm dərsləri keçirilib.

Həmçinin azərbaycanlı müğənnilər Günay Quliyeva və Bəhruz Fərruxinin ifasında Azərbaycanın klassik və xalq musiqiləri səsləndirilib.

İcma üzvləri musiqi sədaları altında rəqs ediblər. Tədbirdə həmçinin Azərbaycan mətbəxinə məxsus təamlar təklif edilib.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər