Türkiyə qırıcıları Zəfər paradında uçacaq
Türkiyə qırıcıları Zəfər Gününün 5-ci ildönümünə həsr olunan hərbi paradda Azərbaycan səmasında uçuşlar yerinə yetirəcək.
TodayPress TV xəbər veiri ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
“Salam olsun sənə, qardaş Azərbaycan! 8 Noyabr Zəfər Günün mübarək olsun. Bu gün qəhrəman komandolarımız Bakı küçələrində cəsarət və qardaşlıq ruhu ilə addımlayacaq, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları isə ay-ulduzun qüdrətini Bakı səmalarında nümayiş etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək”, – məlumatda qeyd olunub.