TDT Baş katibi Azərbaycana Zəfər Günü təbriki göndərdi

TDT Baş katibi Azərbaycana Zəfər Günü təbriki göndərdi
08.11.2025 11:15 Cəmiyyət

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, Baş katib sosial şəbəkə platforması “X” üzərindən paylaşım edərək Azərbaycan xalqını və Silahlı Qüvvələri təbrik edib.

“44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ölkənin ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının və Ordusunun qəhrəmanlıq və birliyinə dərin hörmətimi bildirir, 8 Noyabr – Zəfər Gününü təbrik edirəm,” – deyə Ömüraliyev qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər