Tanınmış jurnalistə yüksək vəzifə verildi

Tanınmış jurnalistə yüksək vəzifə verildi
13.04.2026 15:22 Cəmiyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.

TodayPress TV oxu.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur Hidayətoğluya həvalə olunub.

Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova tutduğu vəzifədən azad edilib.

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər