ŞOK STATİSTİKA: Hər 3 qəzadan 2-si piyada vurulmasıdır - Müqayisə

Cəmiyyət

27.04.2026 16:16

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına əsasən, 2026-cı ilin ilk 3 ayı paytaxt yollarında 68 ümumi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Onlardan 43-ü piyada vurulması ilə bağlıdır. Nəticədə isə 21 piyada ölüb, 24-ü isə yaralanıb.

Bəs ölkəmizdə belə hadisələrin sayı niyə çoxdur və qonşu ölkələrdə vəziyyət necədir?

TodayPress TV-nin araşdırmasına görə, digər ölkələrdə də bu say az deyil.

Belə ki, Türkiyədə ölkə üzrə 168 533 yol qəzası qeydə alınıb, 561 nəfər ölüb, 87 695-i isə yaralanıb. Rəqəmlər Türkiyənin əhalisi və nəqliyyat həcminə görə yüksək hesab olunur. 

Rusiyada isə vəziyyət ürəkaçan hesab olunur. 2026-cı ilin ilk aylarında yol-nəqliyyat hadisələri əvvəlki ilə nisbətən 8,2% azalıb. Nəticədə ölənlər 13,2% azalma müşahidə edilib.

Ermənistan və Gürcüstanda rəsmi statistika açıqlanmasa da, qəza və ölümlərin çox olduğu qeyd olunur.

Hadisələrə nəzər salsaq, görərik ki, bir çoxu piyadaların onlar üçün nəzərə tutulan keçiddən istifadə etməməsi səbəbindən baş verib. Piyada keçidi piyadaların yolu təhlükəsiz şəkildə keçməsi üçündür. Məqsədi piyadanı avtomobil axınından qorumaqdır. Ancaq vətəndaşların məsuliyyətsizliyi  vurulma riskini 3-4 dəfə artırır. 

Təbii ki, burada sürücülərin diqqətsizliyi də mühüm rol oynayır. Sürət həddinə riayət etməmək, sükan arxasında telefonla oynamaq kimi hərəkətlər geridönülməz səhvlərə yol açır. Avtomobil sayı sürətlə artıb. Lakin yol mədəniyyəti və təhlükəsizlik vərdişləri bu templə ayaqlaşmır.

Bəzi ərazilərdə isə piyada keçidləri kifayət qədər deyil, işıqforlar və ya sürət azaldıcı maneələr yoxdur. 

Yol-nəqliyyat hadisələrinin, xüsusilə piyada vurulmasının çox olması yalnız statistika deyil, həm də insan həyatının itirilməsi deməkdir. Piyadalar keçidlərdən istifadə etməli, sürücülər isə diqqətli və qaydalara riayət etməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: DİN,Piyada,Qəza,Ölüm,Todaypress.tv,