Sabah üçün HƏYƏCAN təbili: 72 saatlıq "kabus" başlayır!
Cəmiyyət
09.04.2026 15:49
Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir. Bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər.
TodayPress TV Milli.az-a istinadən xəbər verir ki, müvafiq açıqlama Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası, həmçinin qurumun Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu tərəfindən verilib.
Təşkilatın hesabatında qeyd olunur ki, cümə günündən başlayaraq şənbə, hətta bazar gününədək davam edəcək 2-3 günlük narahatlıq yaşana bilər. Əsas təsir mənbəyi hesab edilən koronal dəliyin fəallığının sabah günorta radələrində özünü göstərəcəyi ehtimal edilir.
Bir müddət öncə aprelin 10-da Yerdə geomaqnit fırtınasının başvermə ehtimalının 50 faizdən artıq olacağı açıqlanıb.
tag: Günəş ,Kosmik,Yer,Fırtına,TodayPress TV,
