Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq
09.04.2026 22:00 Cəmiyyət

Aprelin 10-da Biləsuvar və Yardımlının bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.

TodayPress TV-nin məlumatına görə, Biləsuvar və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər