Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşındı

Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşındı
01.08.2025 11:45 Cəmiyyət

Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankının tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib.

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir.

Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq yükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqi ilə yükdaşımaları yerinə yetirilib.

Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana çatıb.

Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstana beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazə blankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutu üzrə elektron “İcazə” blanklarından istifadə edilməklə ikitərəfli beynəlxalq yük daşımaları həyata keçirilməsi gözlənilir.

“İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır, icazələrin alınmasında daşıyıcılara resurslarına qənaət etmək imkanı yaradır. Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.

Beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Bütün Xəbərlər