Mürsəl İbrahimov bu rayonda vətəndaş qəbulu keçirdi

Cəmiyyət

24.04.2026 15:21

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov aprelin 24-də Sabirabad rayon şöbəsinin inzibati binasında Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə TodayPress TV-yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda 6 şəhid ailəsi və 5 müharibə iştirakçısı olmaqla 23 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

TodayPress TV

tag: Mürsəl İbrahimov,SHXÇDX,Sabirabad,Qəbul,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo