Mir Cəlal Paşayev – 118 il: Ədəbiyyatın əbədi yaşayan imzası...

Cəmiyyət

26.04.2026 10:08

Bu gün görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü qeyd olunur.

TodayPress TV xəbər verir ki, XX əsr Azərbaycan ədəbiyyatı və elminin inkişafında mühüm rol oynayan Mir Cəlal Paşayev həm nasir, həm də ədəbiyyatşünas alim kimi tanınıb.

Onun “Bir gəncin manifesti”, “Dirilən adam”, “Açıq kitab” kimi əsərləri ədəbiyyatımızın dəyərli nümunələri hesab olunur.

Uzun illər Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərən Mir Cəlal Paşayev həm də yüzlərlə tələbənin formalaşmasına töhfə verib. Onun elmi əsərləri, xüsusilə “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi bu gün də aktuallığını qoruyur.

1978-ci ildə vəfat edən görkəmli ziyalının zəngin irsi Azərbaycan ədəbiyyatı və elmi fikrində mühüm yer tutmağa davam edir.

TodayPress TV

tag: Mir Cəlal Paşayev,İldönümü ,Yazıçı ,Ədəbiyyatşünas ,Todaypress.tv,