Kommunal ödənişlər zamanı əlavə pul çıxılır? – RƏSMİ AÇIQLAMA
Cəmiyyət
11.03.2026 14:17
Son günlər vətəndaşlar sosial şəbəkələrdə kommunal ödənişlər zamanı yaşadıqları problemlərlə bağlı paylaşımlar edirlər.
Problem nədir?
Vətəndaşlar iddia edirlər ki, qaz və işıq kommunal ödənişləri zamanı onlardan əlavə pul çıxılır.
İşığa 10 manat ödəniş edirlərsə, həmin ödənişin azı 3 manatı hesabdan silinir.
Qaz pulu ödənişlərində də problem yaşanır. Vətəndaşların iddialarına görə, onların istifadə etdiyi qazın miqdarı ilə onlara təqdim olunan çeklərdəki məbləğlər üst-üstə düşmür, çekdə daha yüksək məbləğ göstərilir.
Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinə (İB) sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq, “Azərişıq” ASC-dən bildirildi ki, vətəndaşlar işıq kommunal ödənişlərində hər hansı problem yaşayarlarsa, abonent kodu ilə çağrı mərkəzinə müraciət edə bilərlər.
“Hər bir müraciət fərdi qaydada araşdırılır”.
“Azəriqaz” İB-dən isə qeyd olundu ki:
“Sayğac kartına pul manatla vurulur, amma o pul hesaba kub şəkilində köçür. Həm də işıqda olduğu kimi qazda da sabit tarif var. Ayda ödənişdən bir manat tutulur.
Yəni vətəndaş karta 20 manat vurur, sayğacında 180 neçə kub görsənir, deyir, karta 18 manat pul köçdü, tam köçmədi. Proses bu şəkildə baş verir”.
Günəş Mərd
tag: Kommunal ,Ödəniş,Problem,Paylaşım,Todaypress.tv,
