"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlandı

Cəmiyyət

27.04.2026 16:36

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.

Dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, "Həzi Aslanov" stansiyasına keçid funksiyası daşıyacaq "Y-17" stansiyasının inşası dövründə həyata keçiriləcək.

TodayPress TV

tag: Həzi Aslanov,Metro,Təmir,Bərpa,Todaypress.tv,

photo
photo
photo
photo