Heyvanlara qarşı zorakılıq çoxalır: Cərimələr artırılsın!

Cəmiyyət

03.11.2025 17:35

Sosial mediada heyvanlara qarşı zorakılıqla bağlı yayılan növbəti görüntülər ictimai qəzəbə səbəb olub. Sözügedən kadrlarda bir şəxsin itin qulağından dartdığı və ona südü qeyri-adi üsulla, yüksəklikdən aşağı uzadaraq verdiyi görünür. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan heyvan müdafiəçisi Mənsurə Rəsulzadə bildirib ki, ilk növbədə həmin şəxsin kimliyi və heyvanın ona məxsus olub-olmaması araşdırılmalıdır: 

Onun sözlərinə görə, əgər şəxs heyvanın sahibi deyilsə, onun yaxın qohumu və ya müvəqqəti baxıcısı ola bilər:


"Amma bu, onun belə davranışına haqq qazandırmır. Qanun qarşısında cavab verməlidir. Həmin şəxsin heyvanlara yaxınlaşmasına qadağa qoyulmalı, qəddar rəftarına görə isə “Heyvanların qəddar davranışdan müdafiəsi haqqında” qanuna əsasən inzibati cərimə tətbiq edilməlidir".

Mənsurə Rəsulzadə əlavə edib ki, bu cür hallarda cərimə məbləği təxminən 500 manat təşkil edir. Əgər hadisə heyvanın ölümü ilə nəticələnərsə, məbləğ 1000 manata qədər arta bilər.

O, sonda cəmiyyəti belə hallara biganə qalmamağa və heyvanlara qarşı zorakılığa şahid olduqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Mənsurə Rəsulzadə,Heyvan müdafiəçisi,Heyvanlar,Cərimə,Todaypress.tv,