Günəşdə güclü parlayış baş verdi
Günəşdə "M" sinifinə aid güclü partlayış qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“3 avqust saat 17:57-də (Bakı vaxtı ilə) rentgen diapazonunda 4168 nömrəli Günəş ləkələri qrupunda (N04E23 koordinatlarında) "M2.9" sinifli alışma baş verib. Alışma 11 dəqiqə davam edib”, - deyə institutun məlumatında bildirilir.
Töhfə Səməd