Gənc nəslin beyni süni intellektə dönüb - ARAŞDIRMA

Cəmiyyət

10.04.2026 14:18

"Z" nəsli 1997-ci ildən başlayıb, 2012-ci ilə qədər davam edib. 

TodayPress TV-nin araşdırmasına görə, bu nəsil süni intellekt (Sİ) ilə ən yaxından ünsiyyətdə olan nəsildir. 

Əslində "Z" nəslini də iki yerə bölmək olar: 1997-2007 və 2007-2012.

İlk hissə az da olsa, həyatla iç-içə olub, oyunlar oynayıb. İkinci hissə isə texnologiya inkişafına təsadüf edib. Onlar "AI native" adlandırılır,  smartfonlarla böyüyüb, "ChatGPT", "Grok" və digər süni intellekt alətləri onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. 

2025-2026-cı il araşdırmalarına görə, "Z" nəslinin 80%-i iş və dərs tapşırıqlarını süni intellekt həll edir. Operativ olduğu üçün Sİ məhsuldarlığı artırır. Ancaq bəzilərinin məlumatına arxayın olmaq olmaz. Məsələn, "ChatGPT" ABŞ Prezidenti Donald Trampın adını keçmiş prezident kimi qeyd edir. 

Faydalarını da unutmamaq lazımdır. Sİ köməyilə istənilən məlumata cavab almaq, kodlar yaratmaq, bəzi problemləri həll etmək mümkündür. Bununla yanaşı dost kimi dərdləşmək də mümkündür.

Lakin ona asılılıq ciddi problemlər doğurur. Düşünmənin qarşısını alır, beyin fəaliyyətini zəiflədir və yaddaş itkisinə səbəb olur. 

Yuxarıda insanların süni intellektlə dərdləşdiyini qeyd etmişəm. Təsadüfi deyil ki, onu partnyor kimi qəbul edir. Hətta 2025-ci ildə "Joi AI" şirkətinin sorğusuna görə, 80% onunla insan evlənməyə hazırdır. 

Real nümunələrə baxsaq, Yaponiyada 32 yaşlı Yurina Noquçi "ChatGPT" vasitəsilə yaratdığı “Lune Klaus Verdure” adlı Sİ ilə evlənib. Toyda "AR" eynəklərdən istifadə edib, üzükləri virtual olaraq dəyişiblər. Bu da bəzi insanların psixologiyasına təsir edildiyini göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Z nəsli,Süni intellekt,Ünsiyyət,Araşdırma,Todaypress.tv,