Fövqəladə hallardan Bakı sakinlərinə xəbərdarlıq edildi: Hava...

Fövqəladə hallardan Bakı sakinlərinə xəbərdarlıq edildi: Hava...
27.04.2026 16:56 Cəmiyyət

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər