Binəqədidə qaz olmayacaq

Binəqədidə qaz olmayacaq
13.04.2026 10:45 Cəmiyyət

Bu gün Binəqədi rayonunun bəzi hissələrinin qaz təchizatında fasilə olacaq.

Bu barədə TodayPress TV-yə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonu üzrə Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər