Biləsuvardan olan 210 şəhidin xatirəsi əbədiləşdirildi

Biləsuvardan olan 210 şəhidin xatirəsi əbədiləşdirildi
08.11.2025 05:30 Cəmiyyət

Biləsuvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə "Zəfər tağları" layihəsi həyata keçirilib.

TodayPress TV xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələrində döyüşərək şəhid olan 210 nəfər biləsuvarlı qəhrəmanın rəsm əsərləri çəkilib.

Rəsmlər Zəfər Gününün 5 illiyi ərəfəsində şəhid ailələrinə təqdim edilib.

Bu təşəbbüsə Biləsuvar rayonu, respublikanın müxtəlif şəhər və rayonlarından olan 50 nəfər rəssam qoşulub.

Qeyd edək ki, layihə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinə mənəvi dəstək məqsədi daşıyır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər