Bayramda bölgələrə gedənlərin DİQQƏTİNƏ! Qiymətlər...

Bayramda bölgələrə gedənlərin DİQQƏTİNƏ! Qiymətlər...
11.03.2026 15:13 Cəmiyyət

Novruz bayramında ənənəvi olaraq paytaxt əhalisinin əksəriyyəti bölgələrə üz tutur. 

Bu, avtobus biletlərinin qiymətində dəyişiklik olub-olmaması məsələsini də gündəmə gətirir.

AYNA-dan TodayPress TV-yə verilən açıqlamaya görə, bayram günlərində bilet qiymətlərində hər hansı dəyişiklik olmayacaq.  

Bildirilir ki, tətil dövründə artan tələb qiymətlərə təsir göstərməyəcək və sərnişinlər planlaşdırdıqları səfərləri rahatlıqla həyata keçirə biləcəklər.   

Xatırladaq ki, mart ayı Azərbaycan vətəndaşları üçün son illərin ən uzun tətil günləri olacaq. Bu, Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi ilə əlaqədardır. Tətil martın 19-dan 30-dək davam edəcək. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər