Bakıda sıxlıq yarandı - Xəttə əlavə avtobuslar ayrıldı

Cəmiyyət

22.04.2026 09:58

22.04.2026-cı il tarixində sərnişin sıxlığının azaldılması məqsədilə əlavə avtobuslar ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "AYNA" məlumat yayıb.

Müvafiq sxemlər üzrə hərəkət edən nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:

Magistral və şəhərdaxili xətlər üzrə hərəkət istiqamətləri:

* 500 nömrəli marşrut:

* Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu – Neftçilər;

* 28 May – Koroğlu – Əhmədli – Ukrayna dairəsi.

* 503 nömrəli marşrut: Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu istiqaməti üzrə.

* 508 nömrəli marşrut: Elmlər Akademiyası – 28 May – Koroğlu – Neftçilər xətti üzrə.

* 49 nömrəli marşrut: Ukrayna dairəsi – 28 May (Heydər Əliyev prospekti vasitəsilə).

* 46 nömrəli marşrut:

* Əhmədli – Günəşli;

* Əhmədli – 28 May (8 Noyabr prospekti vasitəsilə).

* 62 nömrəli marşrut:

* Əhmədli – M. Tusi küçəsi;

* Koroğlu – Sadıqcan küçəsi.

* 11 nömrəli marşrut: Koroğlu – Sadıqcan küçəsi.

* 3 nömrəli marşrut: Elmlər Akademiyası – Badamdar istiqaməti üzrə.

Metrostansiyalar arası gücləndirilmiş xətlər:

Koroğlu və 28 May metrostansiyaları arasında sərnişin daşınmasını təmin etmək üçün aşağıdakı marşrutlar üzrə əlavə nəqliyyat vasitələri ayrılıb:

* 140 nömrəli marşrut

* 150 nömrəli marşrut

* 141E nömrəli marşrut

Köməkçi və dəstək xətləri:

Digər marşrutlardakı yüklənməni azaltmaq üçün nəzərdə tutulan köməkçi xətlər:

* 2 nömrəli marşrut: Avtovağzal istiqamətindən 13 nömrəli marşruta kömək məqsədilə.

* 139 nömrəli marşrut: 13 nömrəli marşruta Koroğlu istiqamətində kömək məqsədilə.

* 163 nömrəli marşrut: 7B nömrəli marşruta Koroğlu istiqamətində kömək məqsədilə.

TodayPress TV

tag: AYNA,Sərnişin,Sıxlıq,Avtobus,Todaypress.tv,