Bakı metrosunda sıxlıq - Görün səbəb nə imiş?

Bakı metrosunda sıxlıq - Görün səbəb nə imiş?
22.04.2026 09:40 Cəmiyyət

Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur.

“Bakı Metropoliteni” QSC-dən TodayPress TV-yə verilən məlumata görə, sıxlığa səbəb qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir.

Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.

Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər