Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi

Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi
01.08.2025 14:09 Cəmiyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də Qusar rayonunda vətəndaşları qəbul edib.

Bu barədə TodayPress TV-yə komitədən məlumat verilib.

Bildirilib ki, qəbula gələn Qusar və Quba rayon sakinləri əsasən ailə məsələləri, hüquqi məsləhət, uşaqlarla bağlı sosial dəstək və digər məsələlərə dair müraciət ediblər.

Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

FOTOLAR

Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi — 1
Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi — 2
Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi — 3
Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi — 4
Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi — 5
Bahar Muradova Qusarda vətəndaşları qəbul etdi — 6
XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər