Bahar Muradova Qusarda vətəndaşları qəbul edəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qusarda vətəndaş qəbulu keçirəcək.
Bu barədə Komitədən TodayPress TV-yə verilən məlumata görə, qəbulda Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Komitə sədrinin qəbulu avqustun 1-i, saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.