Azərbaycanda rəsmi sənədlərdə hicablı fotolara icazə veriləcək?
Cəmiyyət
11.03.2026 18:45
Rusiyada vəsiqə və pasport üçün şəkil çəkilişi zamanı qadınların hicab ilə şəkil çəkdirməsinə icazə verilməsi haqqında qərar qəbul edilib. Rusiya hökuməti bunu inanc azadlığı olaraq ifadə edib.
Bəs Rusiyadan sonra analoji qərar Azərbaycan da qəbul oluna bilər?
Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı TodayPress TV-yə bildirib ki, Azərbaycanda bu məsələ hələlik gündəmə gəlməyib.

"Azərbaycanda dövlətin məqsədi kiminsə hicabına qadağa qoymaq deyil. Sadəcə, şəxsiyyət sənədlərində şəxsin aydın tanınması vacibdir və bu baxımdan şəkillərin hicabsız çəkilməsi daha məqsədəuyğundur. Rusiyada bu addım daha çox Qafqaz bölgəsində bununla bağlı ciddi narazılıqlar ortaya çıxdığına görə atılır".
Deputat əlavə edib ki, ölkəmizdə hicabla bağlı heç bir məhdudiyyət yoxdur. Hər kəs dini geyim formasını saxlaya bilər:
"Lakin hazırda mövcud qaydalara əsasən, vəsiqə və pasport üçün hicablı şəkil çəkdirmək mümkün deyil. Əgər cəmiyyət bu məsələni geniş şəkildə müzakirə etməyə başlasa, gələcəkdə qaydaların dəyişməsi barədə fikir mübadiləsi aparıla bilər".
Türkan İsgəndərli
tag: Millət vəkili,Fazil Mustafa ,Qafqaz bölgəsi,Hicab,Fazil Mustafa,Todaypress.tv,
