Azərbaycan Universitetində rəqabətin təmin edilməsi mövzusunda açıq dərs keçirildi
Cəmiyyət
19.12.2025 10:39
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün növbəti açıq dərs təşkil olunub.
TodayPress TV xəbər verir ki, açıq dərs çərçivəsində Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Hökmran mövqedən sui-istifadənin mahiyyəti və araşdırılması” mövzusunda təqdimatla çıxış edib.
Çıxış zamanı Rəqabət Məcəlləsində təsbit olunmuş hökmran mövqe anlayışının mahiyyəti, onun müəyyən edilməsi meyarları və bazar payı hədləri barədə praktiki nümunələr üzərindən izahlar verilib. Təkbaşına və birgə hökmran mövqedən sui-istifadə halları, bu hallara dair qanunvericilikdə təsbit olunmuş tənzimləmə mexanizmləri və tətbiq olunan hüquqi yanaşmalar barədə ətraflı məlumat verilib, bu cür davranışların bazar münasibətlərində rəqabətin məhdudlaşdırılmasına səbəb olduğu və qanunvericiliyin tələblərinə uyğun olaraq qadağan edildiyi vurğulanıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
tag: Antiintihar,İstehlak Bazarı,Nəzarət,Dövlət Xidməti,Todaypress.tv,
