Alimlər xəbərdarlıq edir: Fəsillər tamamilə dəyişə bilər
Cəmiyyət
22.04.2026 16:09
Son illərdə Azərbaycanda da, eləcə də digər ölkələrdə yaz və payız hiss olunmur. Hava ya qəfil isinir, ya da birdən-birə soyuyur.
Bəs bu hadisəyə səbəb nədir?
TodayPress TV-nin araşdırmasına görə, ən əsas səbəb iqlim dəyişməsidir.
Qlobal istiləşmə nəticəsində Yer kürəsinin orta temperaturu artır. Bu isə fəsillərin əvvəlki kimi sabit və yumşaq keçməsinə mane olur. Bunun əsas səbəblərindən biri insanların fəaliyyəti ilə bağlıdır. Zavodlar, avtomobillər və enerji istehsalı zamanı havaya çoxlu zərərli qazlar buraxılır. Bu qazlar istixana effekti yaradır. Yəni Yer kürəsinin ətrafında görünməz bir "örtük" əmələ gəlir və istilik çölə çıxa bilmir. Nəticədə planet getdikcə daha çox isinməyə başlayır.
Digər tərəfdən, meşələrin qırılması da böyük rol oynayır. Ağaclar havanı təmizləyir və temperaturu tarazlayır. Amma meşələr azaldıqca bu təbii balans pozulur. Bu da hava şəraitinin daha dəyişkən və sərt olmasına səbəb olur.
Azərbaycanda da bu təsirlər açıq şəkildə görünür. Qış uzun və şaxtalı, yay isə qısa və isti olur.
Alimlərin fikrincə, əgər bu proses belə davam etsə, gələcəkdə fəsillər daha da fərqli ola bilər. Bu səbəbdən təbiəti qorumaq, ağac əkmək və ətraf mühitə daha diqqətli yanaşmaq hər birimiz üçün vacibdir.
Rusiya Elmlər Akademiyasının Puşçino Elmi Bioloji Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, iqlimşünas və biofizik Aleksey Karnauxovun fikrincə, qlobal istiləşmə paradoksal şəkildə yaxın gələcəkdə dünyanın bəzi regionlarında yeni “əbədi qar dövrü”nün başlanmasına səbəb ola bilər.
Türkan İsgəndərli
tag: Fəsillər,Alimlər,xəbərdarlıq,Araşdırma,Todaypress.tv,
