Alabaşlı-Qızılca dəmiryolu sahəsində əsaslı təmir işləri aparıldı - VİDEO
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Alabaşlı-Qızılca dəmiryolu sahəsində əsaslı təmir işləri aparıb.
Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən məlumat verilib.
"İstismara verildiyi ötən əsrin 50-ci illərindən bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək", - ADY-dən bildirilib.