Agentliyin layihəsi NETTY Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri oldu

Agentliyin layihəsi NETTY Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri oldu
19.12.2025 16:17 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan “Unudulmazlar” layihəsi NETTY 2025  Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri olub.

TodayPress TV xəbər verir ki, layihə NETTY müsabiqəsində “Cəmiyyət və inklüzivlik üçün texnologiyalar” nominasiyası üzə qalib olub və  NETTY  Milli İnternet Mükafatına layiq görülüb.

Bu il 20-ci təqdimetmə mərasimi keçirilən NETTY müsabiqəsinə ümumilikdə 7 nominasiya üzrə 170-dən çox rəqəmsal resurs təqdim edilib.  

“Unudulmazlar” saytı və mobil tətbiqi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, mülki şəhidlərimiz, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər haqqında ətraflı məlumat əldə etməyə imkan yaradan, onların cəmiyyətə daha yaxından tanıdılmasına xidmət edən layihədir. 

Mükafatı qəbul edən Agentlik nümayəndəsi təşkilat komitəsinə və seçim prosesində iştirak edən ekspert şurasına təşəkkürünü bildirib.

TodayPress TV

FOTOLAR

Agentliyin layihəsi NETTY Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri oldu — 1
Agentliyin layihəsi NETTY Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri oldu — 2
Agentliyin layihəsi NETTY Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri oldu — 3
Agentliyin layihəsi NETTY Milli İnternet Mükafatı müsabiqəsinin qaliblərindən biri oldu — 4
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər