ADY I rübdə sərnişin daşımasını 24 % artırıb

Cəmiyyət

06.04.2026 13:55

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-mart aylarında 2 milyon 568 min 689 sərnişin daşıyıb.

TodayPress TV xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.

Eyni zamanda, bu ilin mart ayında daşınmış ümumi sərnişin sayı 838 min 332 sənişin təşkil edib. Bu da 2025-ci ilin analoji dövrünün göstəricisini 26,8 % üstələyib.

Bu ilk ilk rübündə Bakı-Qazax-Bakı (102 min 723 nəfər) və Bakı-Balakən-Bakı (21 min 812 nəfər) marşrutları ilə səfər etmiş sərnişinlərin sayında müvafiq olaraq 8 % və 18 % artım qeydə alınıb.

TodayPress TV

tag: ADY,Cədvəl,Qrafik,Sərnişin,Todaypress.tv,