Çiyələk bu hallarda ölümcül ola bilər - XƏBƏRDARLIQ

Çiyələk bu hallarda ölümcül ola bilər - XƏBƏRDARLIQ
26.05.2026 03:00 Sağlamlıq

Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər.

TodayPress TV xəbər verir ki, dietoloq və Respo Mərkəzinin məsləhətçisi Aleksandra Kuryenin sözlərinə görə, xüsusilə ağcaqayın tozcuğuna allergiyası olanlar, histamin və salisilat həssaslığı yaşayan şəxslər çiyələk yeyərkən diqqətli olmalıdır.

Mütəxəssisin sözlərinə görə, çiyələyə qarşı allergiya ən əsas risk faktorlarından biridir. Bu hal qoz-fındıq, yumurta və ya süd məhsullarına allergiya qədər geniş yayılmasa da, bəzi insanlarda, xüsusilə uşaqlarda orqanizm giləmeyvəyə kəskin reaksiya verə bilər.

Allergiyanın mümkün əlamətləri arasında dəri səpkiləri, qızartı, dodaqlarda və ağız ətrafında şişkinlik, mədə narahatlığı və nəfəsalma çətinliyi yer alır. Bəzən simptomlar çiyələk qəbulundan dərhal sonra ortaya çıxsa da, bəzi hallarda bir neçə saat sonra özünü göstərə bilər. Hətta allergiyası diaqnoz edilməmiş insanlarda da həddindən artıq çiyələk qəbulu dəridə qırmızı ləkələrə səbəb ola bilər.

Dietoloq xüsusilə ağcaqayın tozcuğuna allergiyası olan insanlara diqqətli olmağı tövsiyə edir. Onun sözlərinə görə, ağacın aktiv çiçəklənmə dövründə çiyələk çarpaz allergik reaksiya yarada bilər. Bu zaman bir neçə giləmeyvə qəbulundan sonra ağızda qaşınma, yanğı hissi və dodaqlarda şişkinlik müşahidə oluna bilər.

Ekspert bildirir ki, bu cür reaksiyalar əsasən aprel-may aylarında, havada ağcaqayın tozcuqlarının miqdarının yüksək olduğu dövrdə daha çox rast gəlinir. Yayın əvvəlində isə eyni meyvə bəzi insanlar tərəfindən daha rahat qəbul edilə bilər. Orqanizmin ümumi vəziyyəti də burada mühüm rol oynayır. Xəstəlikdən sonra və ya immunitet zəiflədikdə simptomlar daha güclü hiss oluna bilər.

Çiyələk histaminə qarşı həssaslığı olan insanlarda da problemlər yarada bilər. Mütəxəssisin sözlərinə görə, giləmeyvə orqanizmdə histamin ifrazını artıraraq həssas şəxslərdə səpkilər, baş ağrısı, qarın ağrısı, öskürək və nəfəs darlığına səbəb ola bilər.

Bundan əlavə, salisilatlara qarşı yüksək həssaslığı olan şəxslərə də çiyələkdən həddindən artıq istifadə etmək tövsiyə edilmir. Çünki giləmeyvənin tərkibində təbii şəkildə olan bu maddələr burun tutulması, axıntı və astma simptomlarının güclənməsi ilə nəticələnə bilər.

Sosial şəbəkələrdə adi qırmızı çiyələyin əvəzinə ağ rəngli (ananas dadına bənzər çiyələk növü) məsləhət görülsə də, dietoloq bunun tam təhlükəsiz seçim olmadığını bildirir. Onun sözlərinə görə, bu növdə bəzi allergenlər az olsa da, digər reaksiyalara səbəb ola biləcək maddələr, xüsusilə salisilatlar qalır.

Bütün xəbərdarlıqlara baxmayaraq, mütəxəssis vurğulayır ki, insanların böyük əksəriyyəti üçün çiyələk faydalı məhsul olaraq qalır. O, lif və antioksidantlarla zəngindir və mövsümi qidalanmanın dəyərli hissəsi hesab edilir.

Dietoloq allergiyaya və ya qida həssaslığına meyilli insanlara çiyələyi böyük porsiyalarla yeməyə tələsməməyi tövsiyə edib. Şübhə olduqda əvvəlcə bir-iki giləmeyvə qəbul edib orqanizmin reaksiyasını müşahidə etmək daha məqsədəuyğun sayılır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Все новости