Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
19.09.2025 17:33 Daxili siyasət

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər yüz illərdir ki, digər xalqların və konfessiyaların nümayəndələri ilə birlikdə əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.

Müasir dünyamızda Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir. Mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər.

Roş ha-Şana yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzidir. Bu əziz gündə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Bütün Xəbərlər