Səbinə Əliyeva Akos Kozma ilə görüşdü

Səbinə Əliyeva Akos Kozma ilə görüşdü
08.10.2025 16:53 Xarici siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Macarıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni seçilmiş hakimi Akos Kozma ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı Ombudsman Səbinə Əliyeva ilk növbədə keçmiş həmkarı, hazırda isə Macarıstanın Konstitusiya Məhkəməsinin hakimi Akos Kozmanı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Müvəkkil Azərbaycan və Macarıstan dövləti və xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki mandatı, Konstitusiya Qanunu ilə ona verilmiş yeni səlahiyyətləri, Ombudsman və Konstitusiya Məhkəməsi arasında mövcud olan sıx əməkdaşlıq əlaqələri barədə qonağa ətraflı məlumat verib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan Ombudsman Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə indiyədək heç bir məlumatın əldə edilmədiyini, ölkəmizin öz daxili imkanları hesabına həmin şəxslər barədə məlumatların araşdırılması, kütləvi şəkildə dəfn edilmiş həmin soydaşlarımızın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, qonağa işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş mina terrorundan danışılıb, mövcud olan mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığı, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda həyata keçirilən quruculuq işlərinə maneə törətdiyi bildirilib.

Macarıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni seçilmiş hakimi Akos Kozma öz növbəsində səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 Bütün Xəbərlər