"Şahdəniz"dən hasil edilən qazın həcmi açıqlandı

"Şahdəniz"dən hasil edilən qazın həcmi açıqlandı
12.02.2026 12:43 Sənaye və energetika

Şahdəniz yatağından ilk hasilatdan 2025-ci ilin sonuna kimi hasil edilən qazın həcmi 264 mlrd. kubmetrə çatıb.

TodayPress TV bu barədə BP-ə istinadən xəbər verir. 

Məlumata görə, kondensat hasilatının həcmi isə 52 milyon tona bərabər olub.

Qeyd edilib ki, 2025-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

Qeyd edilib ki, ötən il "Şahdəniz 2" layihəsi çərçivəsində şərq-şimal cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.

"Yekun investisiya qərarı qəbul edildikdən sonra Şahdəniz Kompressiya (ŞDK) layihəsi bir sıra iri müqavilələrin verilməsi ilə irəliləyib. Bu müqavilələr üzrə tikinti işləri qrafikə uyğun olaraq davam edir. Sentyabr ayında ŞDK platformasının üst modulları üçün ilk polad kəsimini icra etməklə layihə mühüm bir hadisəni qeyd edib" - BP əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 Bütün Xəbərlər