Günəş kremlər onkoloji xəstəliklərə səbəb olur?

Günəş kremlər onkoloji xəstəliklərə səbəb olur?
01.06.2025 18:45 Sağlamlıq

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, günəşdən qoruyucu kremlər dəri xərçənginin artmasına səbəb olur. İddialarda deyilir ki, bu məhsulların tərkibi son dərəcə toksikdir və bədxassəli dəri şişlərinin əsas səbəbidir.

TodayPress TV xəbər verir ki, mütəxəssislər bu iddiaların heç bir elmi əsası olmadığını bildirir. 

Günəşdən qoruyucu kremlərin onkologiyanı təşviq etdiyinə dair heç bir tibbi araşdırma mövcud deyil. Bu iddialar bir neçə il əvvəl bəzi kosmetik vasitələrdə az miqdarda toksik maddə - benzolun izlərinə rast gəlindikdən sonra meydana çıxıb.

Yüksək konsentrasiyada benzol kanserogen sayılır və ciddi xəstəliklərə yol aça bilər. Lakin həmin məhsullarda aşkarlanan miqdar təhlükəli həddə olmayıb. Toksikoloqların hesablamalarına görə, bu tərkibli kremdən 10 ml istifadə etmək, bir gün ərzində çirklənmiş şəhər havası ilə nəfəs almaqla müqayisə edilə bilər. Üstəlik, benzolun dəri vasitəsilə sorulması olduqca zəifdir, əsasən tənəffüs yolu ilə orqanizmə daxil olur. 

Onkoloqların bildirdiyinə görə, dəri xərçənginin əsas səbəbləri arasında irsi meyillilik, xalların xroniki zədələnməsi və günəş şüalarına uzun müddət məruz qalmaq dayanır. Ultrabənövşəyi şüalar dərinin dərin qatlarını zədələyərək kollagen və elastini parçalayır, bu isə həm fotoyaşlanmaya, həm də dəri xərçəngi riskinin artmasına səbəb olur.

Mütəxəssislər vurğulayır ki, SPF tərkibli günəşdən qoruyucu vasitələr bu risklərin qarşısını almaqda mühüm rol oynayır. Hətta xərçəng diaqnozu qoyulmuş pasiyentlərə də əlavə qoruyucu tədbir kimi bu vasitələr tövsiyə olunur. Günəşdən qoruyucu kremlər şiş əmələ gətirmir və dəriyə zərər vermir.

Aparılan uzunmüddətli elmi tədqiqatlar da günəşdən qoruyucu vasitələrin faydasını göstərir. Belə ki, 10 il ərzində SPF 15+ məhsullardan mütəmadi istifadə edən iştirakçılar arasında melanoma hallarının 50% azaldığı müəyyən edilib.

Bundan başqa, bir çox hallarda insanlar hesab edir ki, günəşdən qorunmaq yalnız yayda vacibdir. Amma ultrabənövşəyi şüalar qışda və buludlu havada da aktiv olur. Ona görə də SPF 30+ tərkibli kremi hər gün, hətta qısa müddətlik çölə çıxarkən də istifadə etmək lazımdır. Günəş şüalarının güclü olduğu günlərdə isə hər iki saatdan bir yeniləmə olduqca vacibdir.

Töhfə Səməd 

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bütün Xəbərlər