İrandan BMT-yə kritik çağırış: "ABŞ cavab verməlidir!"
ABŞ-nin İranın ərazi bütövlüyünə və suverenliyinə qarşı hərəkətləri beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıb.
Bəqayi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası hüquqi baxımdan öz məsuliyyətini yerinə yetirməli və ABŞ-ni cavabdeh tutmalıdır.
İran rəsmisi qeyd edib ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri addımları atmaqda qərarlıdır.
O, həmçinin Omanla bağlı səsləndirilən təhdidlərə münasibət bildirib.
“Regional sülh və diplomatiyada daim konstruktiv və məsuliyyətli rol oynayan Oman kimi BMT üzvü dövlətin "məhv edilməsi" ilə hədələnməsi beynəlxalq münasibətlərdə qanunsuzluq və zorakılığın normallaşmasının təhlükəli göstəricisidir”, – deyə Bəqayi vurğulayıb.
Qiymət Mahir