Peskov: "Rusiya-Ukrayna danışıqlarından möcüzəvi nəticələr gözləmirik"

Dünya

22.07.2025 14:09

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirəcəyi danışıqlardan "möcüzə" gözləmədiklərini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Kremlin sözçüsü jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, prosesin mürəkkəbliyi fonunda ən kiçik nəticə belə uğur sayıla bilər.

“Ukrayna məsələsi çox mürəkkəbdir. Əgər tərəflər ölənlərin cəsədlərinin qaytarılması və ya əsir mübadiləsi kimi məsələlərdə razılığa gəlirlərsə, bu artıq konkret nəticə deməkdir. Bu mənada sizin skeptisinizlə razılaşa bilmərəm. Bu mərhələdə hansısa gözlənilməz və möcüzəvi irəliləyişə ümid etmək üçün əsas yoxdur”, - deyə Peskov bildirib.

Kreml rəsmisi Rusiyanın əvvəlki mövqeyində qaldığını və qarşıya qoyulan məqsədlərə çatmaq üçün öz milli maraqlarını müdafiə etməyə davam edəcəyini də vurğulayıb.

Qeyd edək ki, növbəti Rusiya-Ukrayna danışıqları 23 iyulda Türkiyədə baş tutacaq.

Töhfə Səməd

tag: Kreml,Rusiya,Ukrayna,Peskov,Türkiyə,